19 
Fev
2017
09:19
18
202
3127
Virtual karabakh

Ağdamda minik avtomobili yanaraq kül olub – VİDEO

19 Fev, 2017
09:19
3127

Ağdamda minik avtomobili yanaraq kül olub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunda yanğın hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində, Sabir Əliyevə məxsus yaşayış evində baş verib.

Belə ki, “VAZ-2106” markalı avtomobil və dam yanaraq kül olub. Hadisəyə elektirik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Ev sahibin sözlərinə görə, axşam saatlarında baş vermiş hadisədən ilk olaraq xəbər tutan ailənin gəlini olub. Yanğının qarşısını almaq üçün ilk müdaxiləni də ailə üzvləri ediblər. Daha sonra hadisə yerinə yanğınsöndürənlər də cəlb olunub.

Qeyd edək ki, yanğınsöndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər tikililərə kecməsinin qarşısı alınıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri