19 
Fev
2017
13:49
31
267
6928
Virtual karabakh

Avtomobil restorana girdi: Müştərilərin üzərinə sürdü – FOTO

19 Fev, 2017
13:49
6928

Avtomobil restorana girdi: Müştərilərin üzərinə sürdü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az publika.az saytına istinadən xəbər verir ki, hadisə Bursada, Osmangazı rayonunda baş verib.

Belə ki, minik avtomobilinin restorana girməsi nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedici cəlb edilib. Qəzanı törətmiş sürücünün şəxsiyyəti hələ ki müəyyənləşdirilməyib.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis faktla bağlı araşdırmaya başlayıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri