20 
Fev
2017
09:18
224
32
5901
Virtual karabakh

Azərbaycanda 22 yaşlı gənc yeni avtomobil ixtira etdi – VİDEO

20 Fev, 2017
09:18
5901

Azərbaycanda 22 yaşlı gənc yeni avtomobil ixtira etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayın Çərəkə kənd sakini, 22 yaşlı Sadiq Məmmədov maraqlı bir avtomobil ixtira edib.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yarış avtomobillərini xatırladan bu avtomobil 70 km/saat sürətlə hərəkət edə bilir.

Avtomobilin bütün ehtiyat hissələri də ixtisasça qaynaqçı olan Sadiqin özünə məxsusdur.

Sağa-sola asanlıqla dönür və görünüşcə müasir yarış avtomobillərindən fərqlənmir.

Gündəlik nəqliyyat kimi istifadə olunan bu avtomobil sürücü ilə yanaşı, 70 kq yük də daşıya bilir. Yanacaq sisteminin 4 litrə qədər tutumu var. Mühərriki isə arxa hissədə yerləşir. Bu ixtirasını reallaşdırmaq üçün o, 200 manat vəsait xərcləyib.

İ.N 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri