20 
Fev
2017
09:24
60
161
6178
Virtual karabakh

Yol polisinə kobudluq edən sürücü həbs edilib – FOTO

20 Fev, 2017
09:24
6178

Yol polisinə kobudluq edən sürücü həbs edilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda yol polisinə qarşı kobudluq edərək müqavimət göstərən və nalayiq ifadələr işlədən sürücü həbs olunub.

Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, DYP-dən verilən məlumata görə, günorta saatlarında “Nissan Maxima” markalı, 90 NE 222 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsində – yolayrıcında park edilib.

Orada dayanma-durma qadağan edildiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşı sürücüyə yaxınlaşaraq avtomobili götürməyi tələb edib. Bu zaman avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsmixanov Eldar Rasim oğlu DYP inspektoruna qarşı kobudluq edərək nalayiq sözlərlə onu təhqir edib və avtomobili götürməkdən imtina edib.

Hadisə yerinə gələn digər YPX əməkdaşları sürücünün sərxoş olduğunu aşkar ediblər. Daha sonra sürücü Səbail rayon 39-cu polis bölməsinə aparılıb. Burada toplanmış materiallar Səbail Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə hakimiyyət nümayəndəsinin qanuni tələbini yerinə yetirməkdən imtina edən sürücü Eldar İsmixanov 10 gün inzibati həbs cəzasına məhkum edilib. Sürücü məhkəmədən birbaşa Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri