20 
Fev
2017
12:04
38
192
28400
Virtual karabakh

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü – VİDEO

20 Fev, 2017
12:04
28400

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşam saatlarında Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.

Oxu.Az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Qarazəncir kəndi ərazisindəki ticarət mərkəzinin qarşısında 90 FX 557 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə 90 RX 373 nömrəli “Hyundai” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1960-cı il təvəllüdlü Babayev Şakir Rəhim oğlu və sərnişini, 1951-ci ildə anadan olmuş Ağayev Mirəhməd Tahir oğlu vəfat edib. “Hyundai”ın sürücüsü Əsgərov Yunis Yusif oğlu isə ağır xəsarət alıb.

Bildirilib ki, qəzada ölən şəxslər Cəlilabad rayonun Ocaqlı kənd sakinləri olub. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri