20 
Fev
2017
17:27
192
37
10446
Virtual karabakh

Məşhur avtomobil elan saytı Azərbaycana gəlir

20 Fev, 2017
17:27
10446

Məşhur avtomobil elan saytı Azərbaycana gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın məşhur Almaniya avtomobil elan saytı mobile.de Azərbaycana gəlir. Şirkətin Azərbaycandakı tərəfdaşı “Guliyev Motors” şirkəti olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Fins.az-a şirkətin rəhbəri Rəşad Quliyev bildirib. 

Onun sözlərinə görə, mobile.de-yə dünyanın 100-dən çox ölkəsi qatılıb. Amma Cənubi Qafqaz regionu ölkələri, o cümlədən Azərbaycan bu bazaya daxil deyil.

R.Quliyev bildirib ki, artıq Azərbaycan da avtomobil elanları bazasına daxil ediləcək. Bununla bağlı mobile.de şirkətinin rəhbərliyi ilə danışıqlar aparılır. Onun sözlərinə görə, bunun bir neçə müsbət cəhəti olacaq. 

Belə ki, razılaşmaya əsasən, saytın platforması həm də Azərbaycan dilində yığılacaq. Nəticədə yerli avtomobil sevərlər həm xaricdən elan vasitəsilə avtomobil sifariş edə biləcək, həm də daxili bazarda satılan avtomobillər üçün yeni bazar yaranacaq. Bu isə imkan verəcək ki, yerli alıcı avtomobili daha ucuz alsın. Artıq alıcı avtomobili alverçidən deyil, birbaşa sahibindən və ya dilerdən ala biləcək. 

Yerli alıcı xarici bazardan avtomobili minimum 10% ucuz ala bilər: 

“Məsələn, alverçi 2.2 l mühərrikli avtomobili Bakıda 8000 avroya təklif edir. Amma alıcı birbaşa sifariş edərsə, avtomobili 1500 manata qədər ucuz ala bilər”.   

R.Quliyev bildirib ki, avtomobillərin daha ucuz alınması yerli bazarda da qiymətlərin nisbətən aşağı düşməsinə səbəb olacaq.

Digər müsbət cəhət ondan ibarətdir ki, yerli avtomobil istehsalçıları bu vasitə ilə xarici bazarın diqqətini Azərbaycana yönəldə bilərlər və bu sahədə ixrac arta bilər: “Məsələn, Naxçıvan Avtomobil Zavodu bu vasitə ilə xarici avtomobil alıcılarında yerli brendə qarşı marağını artıra bilər”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri