21 
Fev
2017
12:49
39
97
2255
Virtual karabakh

“Formula 1”-in yeni bolidlərinin təqdimatı: Sauber C36-Ferrari – FOTO

21 Fev, 2017
12:49
2255

“Formula 1”-in yeni bolidlərinin təqdimatı: Sauber C36-Ferrari – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar ertəsi səhər saatlarında Sauberdə 2017-ci ilin yeni avtomobillərinin təqdimat həftəsi açılıb, rəsmi saytda fotolar, rəhbərlərin sözlərindən sitatlar və yeni “C36-Ferrari” haqqında qısa məlumat verilib. 

Oxu.Az xəbər verir ki, avtomobillərin ilkin görüntülərində sponsor loqotipləri, dümək olar ki, yoxdur.

Komanda iddia edir ki, avtomobil tamamilə yenidir və onda C35-dən heç bir detal yoxdur. C36-ya “Ferrari”nin keçən mövsüm Əbu Dabi Qran Prisində istifadə etdiyi mühərriklərdən qoyulacaq. “Sauber” bu mövsüm keçənilki mühərriklərdən istifadə edən yeganə komanda olacaq.

2017-ci il mövsümündə komandanın pilotları Markus Erikson və Paskal Verlayn olacaq. 

“Sauber C36-Ferrari”nin texniki göstəriciləri:

Mühərrik: V6

İşləmə həcmi: 1600 kub/sm

Yanacaq çəninin maksimal həcmi: 105 kq

Təkərlər: korpus dəmir-plastik 

Əyləc: Supportlar (Brembo), qəliblər dəmir plastik (Brembo), disklər (Carbon Industries)

Şin: Pirelli

Təkər diski: OZ

Ölçülər: uzunluq 5143 mm, en 2000 mm, hündürlük (videokameralar nəzərə alınmadan) 950 mm; ön hissə 1615 mm, arxa hissə 1530 mm.

Çəkisi: 728 kq (yanacaq doldurulmadan pilotla birgə çəki nəzərdə tutulur).

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri