22 
Fev
2017
14:00
14
149
2750
Virtual karabakh

Bakıda zəncirvarı qəza baş verib: Xəsarət alan var

22 Fev, 2017
14:00
2750

Bakıda zəncirvarı qəza baş verib: Xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə prospektin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, Ələkbərov Orxan 10-ZM-494 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobili yüksək sürətlə sürüb. İdarəetmədən çıxan “Nissan” yol kənarında hərəkətsiz dayanan “Mercedes” ə çırpılıb. Zərbənin təsirindən “Mercedes”dən çıxan ehtiyat hissələri “Toyoto” markalı avtomobilə dəyib. Nəticədə hər üç avtomobil yararsız hala düşüb. O.Ələkbərov ağır xəsarət alaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər 3 avtomobil cərimə meydançasına aparılıb.

Araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri