24 
Fev
2017
10:11
12
101
6659
Virtual karabakh

Ağdaşda sürücü etibarnamə ilə avtomobil aldı, başına iş gəldi – VİDEO

24 Fev, 2017
10:11
6659

Ağdaşda sürücü etibarnamə ilə avtomobil aldı, başına iş gəldi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Etibarnamə ilə aldığı avtomobilin üzərinə həbs qoyulub. Buna səbəb avtomobilin əvvəlki sahibinin borcunun olmasıdır.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Ağdaşın Qülbəndə kənd sakini Məhəmməd Cəfərovun atası 10 il əvvəl 30 illik etibarnamə ilə yük maşını alıb. 

Atası 2015-ci ildə dünyasını dəyişdiyindən Məhəmməd Cəfərov avtomobilinin ilk sahibini taparaq 1 illik etibarnamə alıb. Bir müddət sonra isə nəqliyyat vasitəsini qardaşının adına qeydiyyata saldırmaq istədikdə problemlə üzləşib. 

Məhəmməd Cəfərovun sözlərinə görə, avtomobilin əvvəlki sahibi bildirib ki, avtomobilə həbs külli miqdarda borcu olduğu üçün qoyulub. 

İri və xırdabuynuzlu heyvanların alveri ilə məşğul olan Məhəmməd Cəfərov indi öz yük maşınından istifadə edə bilmir. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilin üzərinə sadəcə həbs qoyulubsa, etibarnamə verilə bilər. Həbsdən əlavə istismarına qadağa qoyulduqda isə etibarnamə vermək mümkün deyil.

Ekspert deyir ki, Məhəmməd Cəfərov məhkəmədə iddia qaldıraraq yük maşının ona məxsus olduğunu sübut edə və həbsi ləğv etdirə bilər. Burada avtomobilin əvvəlki sahibinin ifadəsi də önəmli rol oynayır.

Oxu.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri