24 
Fev
2017
14:13
49
109
2089
Virtual karabakh

Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır

24 Fev, 2017
14:13
2089

Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır. 

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, təmir işləri C.Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsini əhatə edir. 

Burada da köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunur. Bu səbəbdən küçənin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Təmir işləri çərçivəsində həmin küçədə yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb, kənarlarına 1100 poqon metr yeni səki daşları düzülüb. Təmir işləri C.Xəndan və Nəcəf Nərimanov küçələrində yekunlaşdıqdan sonra, hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bundan öncə C.Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və İ.Dadaşov küçələri arasında yerləşən 1100 metrlik hissələrində təmir işləri aparılaraq yekunlaşdırılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri