28 
Fev
2017
11:20
145
59
4182
Virtual karabakh

Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb – FOTO

28 Fev, 2017
11:20
4182

Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsilə tənzimlənir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.

O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib.

“Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar”, - deyə Q.Mahmudov bildirib.

Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə, daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri