Mar
2017
12:54
47
317
38555
Virtual karabakh

Bakının mərkəzində kran aşıb? – FOTO + YENİLƏNİB

7 Mar, 2017
12:54
38555

Bakının mərkəzində kran aşıb? – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təmirə bağlanıb:

“Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

11:54

Bakının mərkəzində qaldırıcı kran aşıb.

Oxu.Az xəbər verir ki, hadisə Mərkəzi Neftçilər Xəstəxanasından 28 May küçəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, kran Mehdi Mehdizadə küçəsindən 28 May küçəsi istiqamətinə gedən yolun üstündəki dəmiryolu körpünün üstünə aşıb. Nəticədə körpü yararsız vəziyyətə düşüb.

Hazırda yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Əraziyə aidiyyəti qurumlar cəlb olunub.

Qeyd edək ki, həmin ərazidə yerləşən körpü uçma təhlükəsi ilə üzləşib. Bir müddət öncə yolda qəza baş verib. Yük avtomobili körpüyə çırpılmışdı, nəticədə körpüdə iri çat əmələ gəlmişdi.

Elvin Əhmədov
FOTO: Ramin Səmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri