17 
Apr
2017
09:56
13
197
3018
Virtual karabakh

Ələt-Astara yolunda iki yük maşını “avtoşluq” etdi – VİDEO

17 Apr, 2017
09:56
3018

Ələt-Astara yolunda iki yük maşını “avtoşluq” etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürət həddi saatda 70 kilometr olan yolda saatda 100 kilometr sürətlə 2 “Şaqman” markalı yük maşını avtoşluq edir. Sanki yarış meydançasında özlərini hiss edən bu yük maşınlarının sürücüləri həm özlərinin, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atırlar.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Ələt-Astara yolunda arxada hərəkət edən avtomobildə olan sərnişin tərəfindən qeydə alınıb.

Görüntülərdə hər iki yük maşınının sürücüsünün saatda 100 kilometr sürətlə hərəkət etdiyi aydın görünür. Bununla yanaşı, yük maşınından birinin sürücüsü qəza şəraiti yaradaraq yolda dayanmış digər yük maşınına çırpılmaqdan son anda xilas ola bilir.

Kadrlardan aydın olur ki, qaydani pozan “99 XF 420” və “99 DF 994” dövlət nömrə qeydiyyat nişanlı yük maşınlarının sürücüləridir.

Belə vəziyyətdə yol polisi sürücülərin törətdiyi qayda pozuntusunu radarla qeydə alarsa, onların hər birini 50 manat və 2 cərimə balı gözləyir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri