Mar
2017
12:59
109
21
5888
Virtual karabakh

“Airbus” Cenevrədə uça bilən konsept avtomobilini təqdim edib – FOTO + VİDEO

9 Mar, 2017
12:59
5888

“Airbus” Cenevrədə uça bilən konsept avtomobilini təqdim edib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən məşhur təyyarə istehsalçılarından olan “Airbus” şirkəti bu dəfə də özünü uçan avtomobil sənayesində yoxlamaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, şirkət Cenevrə Avtomobil Sərgisində “Pop up” adı verdiyi yeni uça bilən konsept avtomobilini təqdim edib. 

“Italdesign” şirkəti ilə birlikdə hazırlanan konsept avtomobil dronların istifadə etdiyi texnologiyaya oxşar şəkildə 4 pərvanə sayəsində havaya qalxaraq uça bilir. 

Avtomobilin yüngül və zərbələrə davamlı olması üçün “Pop up”ın korpusu tamamilə karbon fiber materialdan hazırlanıb.

2,6 metr uzunluğu olan avtomobil süni intellektlə də təchiz olunacaq. Belə ki, gedəcəyiniz yerin koordinatları dediyiniz zaman avtomobil həmin əraziyə quru və ya hava yolu ilə getməyə ən optimal variantı hesablayaraq özü qərar verəcək.

Avtomobilin seriya istehsalına nə vaxt başlanılacağı bilinməsə də, “Airbus” şirkəti avtomobil sənayesinin gələciyini uçan avtomobillərdə gördüyünü açıqlayıb. 

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri