10 
Mar
2017
14:50
21
297
8478
Virtual karabakh

Maksimum sürəti 120 km/saat olan avtomobil 122 km/saat sürətlə radara düşdü – VİDEO

10 Mar, 2017
14:50
8478

Maksimum sürəti 120 km/saat olan avtomobil 122 km/saat sürətlə radara düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobilin maksimum sürəti saatda 120 km-dir, ancaq o, saatda 122 km-lə radara düşüb. Təəccüblü hadisə Sabirabad sakininin başına gəlib. Sürücü onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Sabirabad sakini Kərim Hüseynovun ünvanına bu məktub göndəriləndə o, xeyli təəccüblənib. Çünki onun yük maşını saatda maksimum 120 km sürətlə gedə bilir.

Sürücüyə göndərilən məktubda isə qeyd olunur ki, o, sürət limiti saatda 60 km olan yerdə bu həddi aşıb və saatda 122 km sürətlə hərəkət edib.

Kərim Hüseynov bildirir ki, yük maşını ilə qeyd olunan sürətə çatması mümkün deyil.
Vətəndaş onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Kamran Əliyev “Xəzər Xəbər”ə bildirib ki, vətəndaş onlara müraciət etsin. Araşdırıldıqdan sonra sürücü haqlı çıxarsa, tərtib olunan cərimə protokolu ləğv olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri