13 
Mar
2017
16:32
23
439
31509
Virtual karabakh

Bakıda evakuatorun apardığı “Mercedes”in sürücüsü danışdı – YENİLƏNİB + VİDEO

13 Mar, 2017
16:32
31509

Bakıda evakuatorun apardığı “Mercedes”in sürücüsü danışdı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün həmin avtomobilin sürücüsü Şamil Emçiyev Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayaraq maraqlı məlumatlar verib. 

Oxu.Az xəbər verir ki, idarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, “Mercedes” markalı, 90 XC 699 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şamil Emçiyev ona zəng edib: 

“Mənə bildirdi ki, avtomobilinin videosu yayılıb və düzgün olmayan informasiya verilib. Əslində avtomobil həmin vaxt cərimə meydançasına yox, servisə aparılırmış. 

Avtomobildə texniki nasazlıq yarandığı üçün yolda qalıb. O da evakuator çağıraraq avtomobili təmir yerinə aparırmış. Görüntülər də həmin vaxt çəkilib”.

09:51

Bakıda evakuator avtomobili apararkən onun təkərini linglə döndərib.

Oxu.Az xəbər verir ki, hadisə dünən paytaxtın mərkəzi küçələrindən birində baş verib.

Şahidlərin sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini Salatın Əsgərova küçəsi ilə cərimə meydançasına apararkən hər döngədə, avtomaşının diskinin əyilmə təhlükəsinə baxmayaraq, təkərlərini linglə döndərib. 

Baş Dövlət Yol Polisi İdarəsinin evakuatorunun əməkdaşının etdiyi hərəkət ətrafdakıları təəccübləndirib.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik.

Qeyd edək ki, videoqeydiyyatçıda tarix səhv göstərilib.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri