13 
Mar
2017
10:53
190
61
3347
Virtual karabakh

Sürücü minik avtomobilindən yük avtomobili kimi istifadə edir – VİDEO

13 Mar, 2017
10:53
3347

Sürücü minik avtomobilindən yük avtomobili kimi istifadə edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə yayılan köhnə minik avtomobilinin həddindən artıq yüklü halda yolda hərəkət etdiyi görüntülər xeyli müzakirəyə səbəb olub. 

Oxu.Az XəzərXəbər-ə istinadən məlumat verir ki, sürücü təyinatı minik avtomobili olan “QAZ-31”-ə o qədər yük vurub ki, kənardan yük maşnına oxşayır. Hələ bu azmış kimi sürəti də saatda 80-90 kilometrdən çoxdur. Görüntülərin çəkildiyi ünvan dəqiq bilinməsə də, kadrlara baxdıqda hansısa rayon yolunda çəkildiyi ehtimal edilir.

Rayonlardan birində sürücü minik maşınına o qədər yük vurub ki, görənlərə yük avtomobilini xatırladır. Sosial şəbəkələrdə yayılan həmin görüntü müzakirə mövzusuna çevrilib.
Yük, yoxsa minik avtomobili?

Yunla dolu olan kisələr avtomobilə yüklənib və iplə bərkidilib. Sürücü həmin kisələri avtomobilin üstünə elə yükləyib ki, yan güzgülərlə arxanı belə görə bilmir. Sürücü özü ilə yanaşı, digər hərəkət iştrakçıları üçün də böyük təhlükə yaradır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da sürücünün kobud qayda pozduğunu deyir. Bəs bu hərəkətinə görə sürücünü hansı cəza gözləyir?

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri