14 
Mar
2017
16:54
341
36
11172
Virtual karabakh

Bakıda yolun əks istiqamətində hərəkət edən sürücü həbs edildi – VİDEO

14 Mar, 2017
16:54
11172

Bakıda yolun əks istiqamətində hərəkət edən sürücü həbs edildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “VAZ 2107” markalı avtomobillə kobud şəkildə qayda pozan, hərəkətin əksinə gedərək olduqca təhlükəli hərəkətlər edən sürücü həbs olunub.

Oxu.Az xəbər verir ki, bu barədə avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

O bildirib ki, “VAZ-2107” markalı, 90 VX 145 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 22 yaşlı Samir Atakişi oğlu Məmmədəliyev Bakının Nizami rayonu sakinidir. Dünən gecə Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan sürücü bu gün məhkəmə qarşısına çıxarılıb. KYP 685390 saylı protokolla avtoxuliqan kimi cərimə olunan Samir Məmmədəliyev barəsində Suraxanı Rayon Məhkəməsi 30 gün inzibati həbs qərarı çıxarıb. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Məlum olub ki, sürücü martın 12-də gecə saat 01:25 radələrində Aeoroport - Binə yolunda əks istiqamətli yola çıxaraq hərəkət edib.

Vaqif Əsədov bildirdi ki, bu cür görüntülərin vaxtında yayılmasında medianın rolu böyükdür. DYP də məhz bu görüntülər əsasında belə intizamsız sürücüləri tapıb cəzalandırır.

V.Əsədov qeyd edib ki, DYP rəhbərliyi bu dəstəyinə görə jurnalistlərə təşəkkür edir.

Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün öncə də baş vermişdi. “ZİL” markalı yükmaşını əks yolda hərəkət edərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra həmin sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və haqqında intizam tədbiri görülmüşdü. Lakin sərxoş sürücü əməlinı haqq qazandıraraq “yaxşı eləmişəm” demişdi. Məhkəmənin qərarı ilə Elçin Babayev 14 gün inzibati qaydada həbs olunub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri