14 
Mar
2017
15:15
38
167
5365
Virtual karabakh

Bakı-Şamaxı yolu bağlanır

14 Mar, 2017
15:15
5365

Bakı-Şamaxı yolu bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq, martın 14 və 15-də gecə saat 00:00-dan səhər saat 05:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, mart ayının 16 və 17-də isə gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanacaq.

Alternativ yol olaraq nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev - Sahil avtomobil yolundan istifadə etməklə, Bakı-Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri