14 
Mar
2017
17:42
72
497
35290
Virtual karabakh

Xətainin heykəlini ziyarət edən 20 manat cərimə ödəməli olacaq – VİDEO

14 Mar, 2017
17:42
35290

Xətainin heykəlini ziyarət edən 20 manat cərimə ödəməli olacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsinin genişləndirilməsi təqdirəlayiq addım olsa da, bundan əziyyət çəkənlər də az olmayacaq. Ərazidə yol genişləndirilib, yolun ortasında zolaq şəklində qalan park ləğv edilsə də, Şah İsmayıl Xətainin parkdakı heykəli heç bir yerə köçürülməyəcək.

Oxu.Az-ın məlumatına görə, cebhe.info-nun əməkdaşı sözügedən ərazidə olub.

Məlum olub ki, tarixi şəxsiyyətin abidəsini ziyarət etmək tamamilə imkansız hala gəlib. Ətrafda olan yol polisi əməkdaşları isə yolu keçərək abidəyə yaxınlaşmağın qayda pozuntusu olduğunu bildiriblər. Yol kənarına çəkilən dəmir hasarı atlayaraq yolu keçmək istəyən piyadalar isə qanunla nəzərdə tutulduğu kimi 20 AZN cərimə olunacaqlar.

Ərazidən çəkilən görüntüləri sizə təqdim edirik:

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri