16 
Mar
2017
16:00
99
31
4053
Virtual karabakh

“Lexus ES” – komfort və şıqlığın yeni mərhələsi

16 Mar, 2017
16:00
4053

“Lexus ES” – komfort və şıqlığın yeni mərhələsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lexus ES” premium biznes-sedan seqmentində zəriflik və dəbdəbənin yüksək həddini təyin edir. 

“Lexus ES”-də istər dəri ilə nəfis işlənmiş sükana, istərsə də mərkəzi konsoldakı laklı ağacla haşiyələnmiş əqrəbli saat oxunun – burada hər şey misilsiz keyfiyyətdən xəbər verir. 
ES-in möhtəşəm model cərgəsini təqdim edirik:

269 at gücünə malik V6 mühərrikinin rəvanişi ilə heyran edən ES 350, eləcə də effektiv 4 silindrli benzin güc aqreqatlarının quraşdırıldığı ES 250 və ES 200. Hansı ES modelini seçirsiniz seçin, idarəetmədən zövq alacağınıza, misilsiz genişliyə və komforta zəmanət verilir. 

“Lexus” dizaynerləri ES-də valehedici görünüşə nail olublar. “Lexus L-finesse” (L “aparıcı” deməkdir) dizayn fəlsəfəsi ilə yaradılmış sedanda eleqantlıq, artıq şirkətin obrazına çevrilən və sedana müəyyən stil və ekspressiya bəxş edən trapesiya şəkilli radiator barmaqlığlı ilə özəl harmoniyada birləşir.    

“Lexus ES” istənilən səyahətə xüsusi komfort qatır. Son dərəcə sakit salonun arxa oturacağındakı sərnişinlər ayaqlar üçün olan geniş məkanı yüksək dəyərləndirəcəklər – bu yer premium-sinfin bir çox flaqman sedanlarına nisbətən daha genişdir.

Buna 2820 mm-lik təkər bazası, eləcə də içəri əyilərək arxa sərnişinlərin dizləri üçün əlavə məkan açan ön oturacaqlar sayəsində nail olunub. 

“Lexus ES” naviqasiya sisteminin iş dəqiqliyini, işgüzar kommunikasiyanın və park etmənin asanlığını yeni səviyyəyə qaldırır. Avtomobil 8 düymlük displey ilə təchiz olunub, sürücü və öndəki sərnişinlər səsli tapşırıqlar və ya “Remote Touch coystiki” vasitəsilə onu idarə edə bilərlər.

15 dinamikli misilsiz Mark Levinson® audiosistemi “Lexus ES” salonunda sevimli musiqi və ya filmdən zövq almağa şərait yaradır.      

“Lexus ES” premium-sinif sedanlarının keyfiyyəti haqda anlayışı kökündən dəyişir və hər detalda qüsursuzluq nümayiş edir. Siz bunu audiosistemin çox dəqiq hazırlanmış alüminium düymələrinə, möhtəşəm dəri ilə işlənmiş salonun detallarına və ya təkrarsız keyfiyyətə malik kuzovun lak-boyalı səthinə ilk toxunuşda hiss edə biləcəksiniz.   

Yırğalanmaya qarşı aşağı səviyyəli müqavimət, birinci dərəcəli aerodinamik xüsusiyyətlər, sadələşdirilmiş konstruksiya bu avtomobilin ekoloji parametrlərini daha da yaxşılaşdırır.

“Lexus ES”-in layihəsində hər şey ətraf mühitə zərərli təsiri azaltmağa hədəflənib.Orqanik kompozit material – kənardan qapı haşiyələrində, xırda detal və yük bölməsində istifadə olunur. Bunun sayəsində istismar müddətinin sonunadək detalların 85%-i təkrar işlənməyə yararlı vəziyyətdə qalır.

ES modelini yaz-yay fəsilləri ərəfəsində təqdim edən “Lexus Bakı” sizi Novruz bayramı münasibətilə təbrik edir, yeni səyahət və istirahət mövsümündə komfortlu yollar və unutmayacağınız xoş anlar arzulayır. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri