17 
Mar
2017
10:34
21
183
1915
Virtual karabakh

Azərbaycanda yük avtomobillərinin istehsalı dayanıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobil və avadanlıqların, sair nəqliyyat vasitələrinin, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,4 mln. manatlıq məhsul istehsal edilib.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə avtomobil və avadanlıqların istehsalı 66,2% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı 25,6% artıb.

Belə ki, bu ilin mart ayının 1-nə 121 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin iki ayı ərzində ölkədə yük avtomobili istehsalı olmayıb.

Bundan başqa, bu ilin iki ayı ərzində 370 ədəd xüsusi təyinatlı kommunal avtomobillər istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 37 dəfə çoxdur. 

Nəticədə bu ilin martın 1-nə 204 ədəd hazır məhsul ehtiyatı yaranıb. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda traktor istehsal edilməyib.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Avto-Moto xəbərləri