17 
Mar
2017
19:28
28
188
3879
Virtual karabakh

Novruz şənliyi ilə əlaqədar bağlanacaq yolların – SİYAHISI

17 Mar, 2017
19:28
3879

Novruz şənliyi ilə əlaqədar bağlanacaq yolların – SİYAHISI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib.

Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Novruz bayramı ərəfəsində paytaxtda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb:

“Yol polisi Novruz tədbirlərinin keçirildiyi əraziləri nəzarətə götürüb və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirəcək”.

V.Əsədov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırır ki, sabah keçirilən bayram tədbirləri ilə əlaqədar Qoşa Qala qapısı - Gənclər meydanı istiqamətində, eləcə də İçərişəhər, Qız Qalası və Qız Qalası ətrafı, həmçinin Dənizkənarı Milli Park, yəni Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə təhlükəsizliyin təmin edilməsi məqsədilə, tədbirlər tam başa çatana qədər məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri