18 
Mar
2017
12:43
422
98
5481
Virtual karabakh

Bakıda yol polisinin avtomobilini vurdular

18 Mar, 2017
12:43
5481

Bakıda yol polisinin avtomobilini vurdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında Səbail rayonu Zərifə Əliyeva küçəsi, 89-da yol qəzası baş verib.

Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımın inspektoru, polis serjantı Yunis Bayram oğlu Yolçuyevin idarə etdiyi “BMW” markalı 99-YP-346 dövlət nömrə nişanlı avtomobil qəzaya düşüb. 

DYP avtomobili işıqforun qırmızı işığında keçən Xocalı rayon sakini Mehman Telman oğlu Həsənovun idarə etdiyi “Wolksvagen Passat” markalı 99-KL-549 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri