19 
Mar
2017
10:33
21
243
4870
Virtual karabakh

Tovuzda baş vermiş yol qəzasında xəsarət alanların adları açıqlandı – SİYAHI + YENİLƏNİB

19 Mar, 2017
10:33
4870

Tovuzda baş vermiş yol qəzasında xəsarət alanların adları açıqlandı – SİYAHI + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 9-a çatıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.

09:58

Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən “VAZ 2106” və “VAZ 2101” markalı minik avtomobilləri toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və 4 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Tovuz rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır.

Hazırda Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri