19 
Mar
2017
11:26
74
622
36440
Virtual karabakh

Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var

19 Mar, 2017
11:26
36440

Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı “BMW” ilə “QazEl” markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri