19 
Mar
2017
14:12
30
348
7989
Virtual karabakh

“KamAZ” dayanacağa çırpıldı – FOTO

19 Mar, 2017
14:12
7989

“KamAZ” dayanacağa çırpıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Zahid Dövlətov “KamAZ” markalı yük maşınına idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağılaraq istifadəyə yararsız hala düşüb.

Qəza baş verən vaxtı dayanacaqda heç kim olmayıb.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri