20 
Mar
2017
15:44
67
419
9225
Virtual karabakh

Azərbaycanda minik avtomobillərinin qiyməti bahalaşıb

20 Mar, 2017
15:44
9225

Azərbaycanda minik avtomobillərinin qiyməti bahalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda minik avtomobillərinin qiymətləri bu ilin fevral ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Yanvar-fevral aylarında isə illik müqayisədə qiymətlərdə 10% artım qeydə alınıb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, fevralda minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,9%, illik isə 12,4% bahalaşıb. Bu müddətdə ölkədə velosipedlərin qiymətində də artım qeydə alınıb. Belə ki, velosipedlər aylıq 1,4%, illik isə 15% bahalaşıb.

Xatırladaq ki, 2016-cı il yanvar-fevral aylarında minik avtomobillərinin qiymətində illik 8,8%, ehtiyat hissələrinin qiymətində 31,3%, velosipedlərdə isə 17,3% artım qeydə alınıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri