22 
Mar
2017
21:37
14
311
8569
Virtual karabakh

Cəlilabadda ağır yol qəzası: Ölən və yaralananların şəxsiyyəti müəyyənləşib – YENİLƏNİB

22 Mar, 2017
21:37
8569

Cəlilabadda ağır yol qəzası: Ölən və yaralananların şəxsiyyəti müəyyənləşib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində Masallı rayon Ərkivan qəsəbə sakinləri - 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov və 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri - 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri - 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

20:31

Cəlilabadda 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı “VAZ-2106”, “Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.

Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri