22 
Mar
2017
23:15
23
395
11302
Virtual karabakh

Bərdədə ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

22 Mar, 2017
23:15
11302

Bərdədə ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə ağır yol qəzası baş verib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Küçərli adlanan ərazisində baş verib.

“VAZ 2106” və “Jeep” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan iki nəfər, Bərdə rayon Kətəlpara kənd sakinləri, 1997-ci il təvəllüdlü Kərimov Təbriz Nadir oğlu və 1998-ci il təvəllüdlü Abdullayev Rahib  Knyaz oğlü ölüb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Bunlar Bərdə rayonu Kətəlpara kənd sakini, 1993-cü il təvəllüdlü Yəhyayev Orxan Rəhbər oğlu və Ağdam rayonu, Maqsudlu kənd sakinləri, 2004-cü il təvəllüdlü Rəhimov Fərid Behbud oğlu, 2010-cu il təvəllüdlü Rəhimov Rəmzi Rəşad oğlu və 1973-cü il təvəllüdlü Rəhimov Behbud Sahib oğludur.

Qəzanın səbəbləri araşdırılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri