24 
Mar
2017
10:38
287
59
19463
Virtual karabakh

Polis əks istiqamətdə hərəkət edən “Prado”nun sürücüsünü axtarır – VİDEO

24 Mar, 2017
10:38
19463

Polis əks istiqamətdə hərəkət edən “Prado”nun sürücüsünü axtarır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daha bir sürücü nəqliyyat vasitəsini yolda əks istiqamətə çıxararaq hərəkət edib.  

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər paytaxtın Xəzər rayonu, Türkan-Zığ şossesində lentə alınıb. 

Sürücü qəza işıqlarını da yandırıb ki, yoluna çıxdığı sürücülər onu görsün.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü bu hərəkəti ilə kobud qayda pozuntusuna yol verib.

Hazırda yol polisi görüntülər əsasında həmin nəqliyyat vasitəsini və onu idarə edən sürücünü axtarır. Əgər onun törətdiyi xəta sübuta yetirilərsə, sürücü məhkəmənin qərarı ilə avtoxuliqanlıq hərəkətinə görə 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı, inzibati qaydada da müəyyən müddətə həbs ediləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri