24 
Mar
2017
10:57
16
249
2671
Virtual karabakh

Paytaxtda iki piyada yol qəzasının qurbanı olub

24 Mar, 2017
10:57
2671

Paytaxtda iki piyada yol qəzasının qurbanı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, martın 23-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Mitsubishi” markalı, 99 KC 718 dövlət nömrə nişanlı avtomobil yolu keçən 75 yaşlı kişini vuraraq öldürüb.

Digər hadisə isə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində qeydə alınıb. “Daewoo” markalı, 90 US 366 dövlət nömrə nişanlı avtomobil yolu keçən 46 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hər iki faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri