24 
Mar
2017
14:10
77
426
54677
Virtual karabakh

23 yaşlı qız canlı yayımda ölümcül qəzaya düşdü – VİDEO

24 Mar, 2017
14:10
54677

23 yaşlı qız canlı yayımda ölümcül qəzaya düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kazan şəhərində 23 yaşlı Sitora Baratova avtomobilin idarəetməsini itirərək ağır qəzaya səbəb olub.

Oxu.Az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi martın 23-də səhər saatlarında baş verib.

Sükan arxasında olan qız “Vkontakte” sosial şəbəkəsində canlı yayım aparırdı. 

“Salam. Kim nə ilə məşğuldur?”, - o izləyicilərinə sual verib və mahnı oxumağa başlayıb.

Polisdən bildiriblər ki, gənc qız düzgün sürət seçməyib və yolun əks istiqmətinə çıxıb. Nəticədə avtomobil qarşıdan gələn avtobusla toqquşub.

Qəza zamanı Sitora Baratova hadisə yerindəcə ölüb, biri yeddi yaşlı uşaq olmaqla, avtobusun beş sərnişini isə xəsarət alıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri