25 
Mar
2017
12:45
149
188
10105
Virtual karabakh

Avtomobil bazarında nə alan var, nə də satan – FOTO

25 Mar, 2017
12:45
10105

Avtomobil bazarında nə alan var, nə də satan – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının avtomobil bazarında vəziyyət günü-gündən daha acınacaqlı vəziyyətə düşür. 

Oxu.Az xəbər verir ki, Baku.ws-in əməkdaşlarının apardığı müşahidələrdən aydın olub ki, bazara avtomobil satmağa çox az sayda adam gəlir.

Bir neçə ay əvvəl bazarda həftə sonu avtomobil həddən artıq çox olurdu. Ancaq son həftələr həm alıcıların, həm də satıcıların sayı kəskin azalıb. 

Avtomobil bazarında yaranan bu durğunluğun əsas səbəbi dolların məzənnəsinin sabit olmamasıdır. Bununla yanaşı, dövriyyədə manat kütləsinin də azlığı bazarda alış-satışa mane olan əsas amillərdəndir.

Hazırda bazarda avtomobillər barter yolu ilə satılır. Mühərrikin həcmi, istehsal tarixindən asılı olaraq avtomobilini dəyişmək istəyənlər bazarda razılaşır və əlavə ödənişlə satışı həyata keçirir.

Avtomobil bazarının həftə sonu görməyə öyrəşdiyimiz vəziyyətindən artıq əsər-əlamət qalmayıb. Bazardakı son vəziyyəti təqdim edirik:

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri