26 
Mar
2017
12:10
26
229
22767
Virtual karabakh

Bakıda şirkət rəhbərini avtomobil vuraraq öldürüb – FOTO

26 Mar, 2017
12:10
22767

Bakıda şirkət rəhbərini avtomobil vuraraq öldürüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən hadisə yaşanıb.

Oxu.Az olke.az-a istinadən xəbər verir ki. Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində “Cherry” markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Qeyd edək ki, avtomobilin vurduğu şəxs “Akademi Group” şirkətinin rəhbəri Razi Vəliyev olub.

Belə ki, yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. O, hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Xatırladaq ki, Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb.

Allah rəhmət eləsin!

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri