27 
Mar
2017
09:54
10
139
3434
Virtual karabakh

Evakuator sürücüsü avtomobilə ziyan vurub – VİDEO

27 Mar, 2017
09:54
3434

Evakuator sürücüsü avtomobilə ziyan vurub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda evakuator sürücüsü daha bir vətəndaşa külli miqdarda ziyan vurub.

Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Xan Şuşinski küçəsində baş verib.

Evakuatorun sürücüsü dayanma və durma qaydasını pozan “90-OH-843” nömrəli avtomobili yükləyərkən ona xeyli ziyan vurub.

Zərərçəkmiş sürücü Elşad Hacıyev bildirib ki, hadisədən avtomobilin yağını dəyişdirərkən xəbər tutub. Hətta sürücü vəziyyəti mobil telefonu ilə çəkib ki, yol polisinə göstərsin.

Elşad Hacıyev iddia edir ki, həmin detal təmir olunmadığı üçün yenisini almalı olub və 700 manat xərcə düşüb. Ustaların sözlərinə görə, həmin detalı, ümumiyyətlə, təmir etmək olmaz. Çünki kiçik zərbə zamanı avtomobil idarəetmədən çıxar və böyük qəzalara səbəb ola bilər.

Usta Sahil Ağabəylinin sözlərinə görə, evakuator sürücülərində hər bir avtomobilin daşınması üçün bolt olmalıdır. Əgər bu yoxdursa, avtomobilin daşınması zamanı mütləq ona ziyan dəyəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsində də qeyd edilir ki, evakuator sürücüsü avtomobilə ziyan vurubsa, bu evakuatorun aid olduğu qurum tərəfindən ödənilməlidir. Əgər sürücü dəymiş ziyanı özü həll edibsə, həmin servis tərəfindən məsrəf haqqında arayış alıb, məhkəməyə təqdim edə bilər.

Sürücü isə məsələ ilə bağlı yeni iş həftəsində Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edəcəyini deyir.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri