28 
Mar
2017
10:00
27
73
5990
Virtual karabakh

“Mazda”, “Honda”, “Mitsubishi”: Köhnəsini gətir, yenisini apar!

28 Mar, 2017
10:00
5990

“Mazda”, “Honda”, “Mitsubishi”: Köhnəsini gətir, yenisini apar!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adətən, avtomobili yeniləmək istəyənlərin qarşısına bir sıra cavablanmalı suallar çıxır. Köhnə avtomobili ən sərfəli şəkildə harada və necə satmalı? Yeni avtomobil alarkən əlavə nə qədər pul xərclənəcək? Bu alqı-satqı prosesi nə qədər vaxt aparacaq?

Hazırda dünyada yayılmaqda olan perspektivli trend bu məsələləri kökündən həll etməyə imkan yaradır. Avtosalonların müştərilərə təklif etdiyi rahat və sərfəli proses “trade-in” adlanır.

“Trade-in” sxemi ilə avtomobil alarkən köhnə avtomobilinizi salona təhvil verirsiniz, yəni bir növ satış həyata keçirilir və yeni avtomobili dəyərinin yalnız müəyyən hissəsini ödəyərək alırsınız.

“Mazda”, “Honda” və “Mitsubishi” də “trade-in”in üstünlüklərini nəzərə alaraq müştəriləri üçün bu sxem üzrə kampaniya hazırlayıb. Yeni kampaniya 2013-2015-ci il buraxılışı olan avtomobilləri əhatə edir.

Beləliklə, “Mazda”, “Honda” və “Mitsubishi” sahibləri yeni avtomobilin dəyərinin 25%-ni ödəməklə 2015-ci ilin avtomobilini, 35%-ni ödəməklə 2014-cü ilin avtomobilini və 45%-ni ödəməklə 2013-cü ilin avtomobilini salona təhvil verib yeni model ilə əvəzləyə bilərlər. 

Bununla da həm rahat, həm də qısamüddətli alqı-satqı həyata keçirilir, köhnə avtomobili satmaq üçün əlavə əziyyət çəkməyə ehtiyac qalmır, fırıldaqçılarla qarşılaşmaq ehtimalı azalır, salondan zəmanətli və etibarlı şəkildə yeni avtomobil əldə olunur.

Siz də avtomobilinizi yeniləyərkən “trade-in”in əlverişli şərtlərindən faydalanmaq üçün “Mazda”, “Honda” və “Mitsubishi”nin Bakıdakı 3 dilerinə, həmçinin Gəncə və Lənkərandakı dilerlərə müraciət edə bilərsiniz. Avtomobillər və qiymətlər barədə ətraflı məlumatla saytlarda tanış olmaq mümkündür: 

www.mazda.az
www.honda.az
www.mitsubishi-cars.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri