27 
Mar
2017
18:14
9
267
4382
Virtual karabakh

Quba-Qusar yolunda ölümlə nəticələnən qəza baş verib

27 Mar, 2017
18:14
4382

Quba-Qusar yolunda ölümlə nəticələnən qəza baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.

40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü, beş nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir. Ölən şəxslər 1983-cü il təvəllüdlü Şahmirzəyev Ruslan Mirzəbala oğlu və Novruz Vahidlidir.

Xəsarət alan şəxslər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, 2 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri