27 
Mar
2017
19:18
13
240
5662
Virtual karabakh

Qaxda avtomobil aşıb, ölən var – FOTO

27 Mar, 2017
19:18
5662

Qaxda avtomobil aşıb, ölən var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 98-ci kilometrliyində, rayonun Qarabaldır kəndi ərazisində baş verib. 

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsa Cavanşir oğlu Səfərov idarə etdiyi “Mercedes” markalı, 90-ZX-339 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun kənarına aşırıb. Qəzadan sonra avtomobildə olan sərnişin -  1994-cü il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
 
Sürücü isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri