29 
Mar
2017
12:01
29
265
34173
Virtual karabakh

Vaqif Əsədov: Mən bu görüntülərdən dəhşətə gəldim – VİDEO

29 Mar, 2017
12:01
34173

Vaqif Əsədov: Mən bu görüntülərdən dəhşətə gəldim – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir gün əvvəl bir neçə gəncin “VAZ 2107” markalı avtomobillə yüksək sürətli yolda hərəkətin əks istiqamətində hərəkət etmələrinin videogörüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, videoda avtomobili idarə edən şəxslərin nəqliyyat vasitələrini hərəkətin əks istiqamətində sürmələri və bu zaman musiqiyə qulaq asaraq kifayət qədər əyləndikləri nəzərə çarpır.

Qeyd edək ki, hadisə zamanı yolla hərəkət edən yük maşınları hava nisbətən qaraldığı üçün uzaqvuran işıqları yandırıblar. Bu isə yaşanan təhlükəni dəfələrlə artırıb.

Baku.Ws redaksiyası bu videogörüntüləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova göndərərək münasibət öyrənib.

Vaqif Əsədov bu görüntülərə etinasız baxa bilmədiyini söyləyib. 

Mən bu videoya baxdım və dəhşətə gəldim. Bu insanlar təkcə özlərini deyil, həmçinin yolda olan digər sürücüləri də təhlükəyə atırlar. Onlar sanki bu vəziyyətdən zövq alır və bunu böyük qəhrəmanlıq kimi təqdim edirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi olaraq biz bu şəxslərin tutulub məsuliyyətə cəlb olunması üçün bütün vasitələrimizi səfərbər edəcəyik. Görüntüləri diqqətlə analiz edib, bu yolun harada olduğunu kameralar vasitəsilə dəqiqləşdirməyə çalışacağıq. Onların səsindən və görüntülərindən şəxsiyyətlərini müəyyənləşdirərək məsuliyyətə cəlb edəcəyik. Çünki insanların bu cür təhlükəli hərəkətləri onların təkcə özlərinə deyil, həmçinin də ətrafdakı digər günahsız insanların da həyatına son verə bilər. Biz həmçinin də sürücüləri və sakinləri də belə insanlara qarşı diqqətli olmağa çağırır, şahidi olduqları bu cür qanun pozuntularını ictimailəşdirilməsində yardımçı olmağa səsləyirik”, - deyə Vaqif Əsədov bildirib.
 
Sözügedən görüntüləri təqdim edirik: 
 

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri