30 
Mar
2017
14:52
11
109
2075
Virtual karabakh

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

30 Mar, 2017
14:52
2075

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarınadək Xəzər rayonu Heydər Əliyev prospektinin “Binə” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.

Qeyd edək ki, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri