30 
Mar
2017
17:58
10
168
2873
Virtual karabakh

“Azəravtoyol” Salyan yolundakı çökmədən danışdı

30 Mar, 2017
17:58
2873

“Azəravtoyol” Salyan yolundakı çökmədən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Salyan şosesinin “Sədərək” Ticarət Mərkəzinə yaxın ərazisində baş verən çökmə ilə bağlı açıqlama verib.

Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidə bir müddət əvvəl də çökmə olub və ərazi bərpa edilib:

“Həmin hissədə qurunt sularının ötürülməsi üçün boru var. Ola bilsin ki, həmin boruda sızma olub və çökmə hadisəsi baş verib. Amma bu çökmə yolda avtomobillərin hərəkətinə heç bir problem yaratmır. Ərazidə yolun asfalt örtüyü təxminən 8-10 santimetr çöküb”.

A.Nəcəfli bildirib ki, artıq “Azəravtoyol” əməkdaşları əraziyə baxış keçiriblər: “Hazırda həmin ərazidəki çökmənin aradan qaldırılması üçün əraziyə texnikalar gətirilir. Qısa müddətdə yol bərpa ediləcək”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri