Apr
2017
21:49
28
329
20613
Virtual karabakh

Radara düşən təcili yardım maşınının sürücüsü danışdı – VİDEO

6 Apr, 2017
21:49
20613

Radara düşən təcili yardım maşınının sürücüsü danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş Mərkəzi Xəstəxanasından Gəncəyə köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını radara düşərək 310 manat cərimələnib. 

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sürücü Rüfət Hüseynov belə hadisənin ilk dəfə başına gəldiyini bildirib.

O qeyd edib ki, xəstəni Ağdaşdan Gəncəyə apardıqları müddətdə təcili yardım maşınının sayrışan işıqları və digər xəbərdarlıq vasitələri təlimata uyğun olaraq işlək vəziyyətdə olub.

“Ağır dialez xəstəsi idi. Çox həyəcanlı və çətin vəziyyətdə onu Gəncəyə aparmışıq. Beş dəqiqə gec getməyimiz xəstənin ölümünə səbəb ola bilərdi”, -  deyə o bildirib. 

Təcili Yardım Stansiyasının qaraj müdiri Müzəffər Zakirov belə xidməti avtomobillərin insan həyatını xilas etmək üçün işlədiyini xatırladıb. Buna görə də, o, aidiyyatı qurumları təcili yardım maşınlarının fəaliyyətinə dəstək olmağa çağırıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, qanunvericiliyə görə təcili tibbi yardım maşınları iş başında olarkən yol hərəkəti qaydalarının tələblərindən kənara çıxa bilərlər. Əgər həmin təcili yardım maşını sayrışan işıqlarını yandıraraq hərəkət edibsə və müəssisənin rəhbərliyi də həmin vaxt o avtomobilin xidməti vəzifə icra etdiyini təsdiq edirsə, onda cərimə protokoluna xitam verilməlidir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri