12 
Apr
2017
00:09
237
29
8637
Virtual karabakh

Bakıdan Sumqayıta gediş-gəliş rahatlaşacaq – VİDEO

12 Apr, 2017
00:09
8637

Bakıdan Sumqayıta gediş-gəliş rahatlaşacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülər Sumqayıtdan çəkilən alternativ yolla Bakıətrafı qəsəbə və kəndlərə, eləcə də hava limanına rahat gedə biləcəklər. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, söhbət Novxanı-Pirşağı avtomobil yolundan gedir.

Yeni yolun bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Hazırda yolun geniş ərazisində asfaltlanma və piyada səkilərinin tikintisi işləri aparılır. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. 

Tikinti işləri bitdikdən sonra ərazidə yol nişanları quraşdırılacaq, nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, bu il istifadəyə verilməsi nəzərdə tutulan yolun çəkilməsi paytaxtda sıxlığın azalmasına və sürücülərin daha az məsafə qət etmələrinə səbəb olacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri