12 
Apr
2017
16:30
215
59
7241
Virtual karabakh

Göyçayda yol polisi qəza törədib – FOTO

12 Apr, 2017
16:30
7241

Göyçayda yol polisi qəza törədib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil qəza törədib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə günorta saat 15 radələrində Bakı-Şamaxı-Yevlax magistralının Göyçay şəhəri Natəvan küçəsindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə köməkçi yoldan baş yola çıxan Göyçay Rayon Polis Şöbəsinin DYP bölməsinə məxsus, YPX əməkdaşı Elman Əliyevin idarə etdiyi “BMW” markalı, 99-YP-621 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri