12 
Apr
2017
17:50
39
225
7373
Virtual karabakh

Bakıda “BMW” əks istiqamətdə hərəkət edir – VİDEO

12 Apr, 2017
17:50
7373

Bakıda “BMW” əks istiqamətdə hərəkət edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi sürücülər tez-tez əks yola çıxaraq digərlərinə maneə yaradırlar. Analoji hallar daha çox tıxac olduğu zaman baş verir. Səbirsiz sürücülər isə tıxacdan qurtulmağın yolunu qarşı tərəfin zolağına çıxmaqda görür.

Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın oxucusu redaksiyaya video göndərib. Görüntülər Bakıxanov küçəsində qeydə alınıb. Belə ki, Bakıxanov küçəsi ilə hərəkət edən sürücü qəflətən qarşısında 10 HA 077 dövlət nömrə nişanlı “BMW” markalı avtomobili görür.

Avtomobil qarşı zolağa çıxaraq onun yolunu kəsib. Yolu kəsən sürücünün sağı dolu olduğu üçün o zolağı dəyişə bilmir. Yolunu kəsdiyi sürücü isə məcbur olub, sağ zolağa keçməli olur. Beləliklə də həm təhlükəli vəziyyət, həm də tıxac yaranır.

Həmin görüntüləri təqdim edirik:

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri