13 
Apr
2017
10:07
13
280
16241
Virtual karabakh

Abşeronda piyadanı iki avtomobil vuraraq öldürüb – FOTO + VİDEO

13 Apr, 2017
10:07
16241

Abşeronda piyadanı iki avtomobil vuraraq öldürüb – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Piyada tanınmaz hala düşdüyündən onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Bakı-Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyən təxminən 40-45 yaşlı kişi “50-CV-299” dövlət qeydiyyat nişanlı “Mercedes A Class” markalı avtomobil tərəfindən vurulub.

Zərərçəkən zərbənin təsirindən arxada hərəkətdə olan “90-TF-811” dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb. Tanınmaz hala düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək, hələ ki, mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən və bunda iştirakı olan avtomobili cərimə meydançasına aparıblar. Sürücülər saxlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri