13 
Apr
2017
17:20
23
140
2425
Virtual karabakh

Avtomobil idxalında beş faiz artım – STATİSTİKA

13 Apr, 2017
17:20
2425

Avtomobil idxalında beş faiz artım – STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-mart aylarında Azərbaycana ümumilikdə 1431 ədəd avtomobil idxal olunub. 

Oxu.Az-ın məlumatına görə, Fins.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 69 ədəd və ya 5,1% artıb. 

Ölkəyə gətirilən avtomobillərin 25 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1185 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri, 195 ədədi yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 26 ədədi isə xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələridir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri