14 
Apr
2017
14:10
34
282
33099
Virtual karabakh

Paytaxtda üç nəfərin yanaraq öldüyü qəza ilə bağlı – TƏFƏRRÜAT + FOTO

14 Apr, 2017
14:10
33099

Paytaxtda üç nəfərin yanaraq öldüyü qəza ilə bağlı – TƏFƏRRÜAT + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonu, Zığ şosesində baş verən dəhşətli qəza ilə bağlı “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın qohumu açıqlama verib.

Oxu.Az xəbər verir ki, Sonxeber.az-a açıqlama verən K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov deyib ki, “VAZ-2104”-ün (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) sürücüsü Gülağa Quliyev onun qonşusudur.

“Şəkilləri yayılan “Mercedes” markalı avtomaşın, həmçinin “10 AX 002” nömrə əvvələr mənim olub. Avtomobili satandan sonra nömrəni Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. K.Məmmədovanın bu məslə ilə bağlı əlaqəsi yoxdur. Avtomobil qanuni sənəddə Gülağaya aiddir. Nömrə də sənədləşdirmədə onun adınadır. Lakin avtomaşın şirkətin balansındadır”.

V.Məmmədov əlavə edib ki, G.Quliyev onun qonşusudur:

“Ata-anası vəfat edib. İki qızı var. Ailəsi hadisədən məlumatlıdır. Hazırda cəsədi morqdan götürüblər. Şüvəlana gətirirlər. Bir saat sonra dəfn olunacaq. Allahın köməyi ilə nə lazımdır kömək edəcəyik”.

11:15

Bu gün səhər Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Oxu.AzQafqazinfo”-ya istinadən xəbər verir ki, 3 nəfərin avtomaşında yanaraq ölməsi ilə nəticələnən dəhşətli qəzanın sual doğuran məqamları var.

Hazırda qəzanın hansı şəraitdə baş verdiyi, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

Sayt qeyd edir ki, “VAZ-2107” markalı avtomobilin üstündə olan “10 AX 002” nömrəsi ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, bundan əvvəl sözügedən dövlət nömrə nişanı “Mercedes Benz SLS” markalı iki qapılı “sport stilli” avtomobilin üzərində olub. 

“10 AX 002” nömrəli “VAZ-2107” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbirə Məmmədova Klinikası”na məxsus olub.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, qəza zamanı hər iki avtomobilin ön nömrəsinin çıxarılması da diqqətdən yayınmayıb. Sözügedən nörmənin “Mercedes” markalı avtomobilin üzərindəki fotolarını təqdim edirik:

Məlumat üçün bildirək ki, “AX” seriyalı nömrələr, adətən, hüquqi şəxslərə məxsus olur. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri