16 
Apr
2017
10:43
23
307
18267
Virtual karabakh

Biri yedəkli motosikleti iki təkər üzərində sürür, digəri atı avtomobilə bağlayıb dartır – VİDEO

16 Apr, 2017
10:43
18267

Biri yedəkli motosikleti iki təkər üzərində sürür, digəri atı avtomobilə bağlayıb dartır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3 təkərli yedəkli motosikleti iki təkər üzərində idarə edir, hələ bu azmış kimi ötmə əməliyyatı həyata keçirir.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, video Cəlilabadda lentə alınıb. Motosikletçi heç nəyi düşünmədən təhlükəli manevrlərə yol verir.

Məsələni şərh edən ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu hal real qəza şəraitidir. Motosiklet sürücüsünün bu hərəkəti isə xuliqanlıqdır.

Astarada çəkilmiş digər bir görüntüdə isə sürücü atı iplə avtomobilə bağlayaraq sürür. Sürət artdıqca at da boğulmamaq üçün daha möhkəm qaçır.

Üstəlik kadrların çəkildiyi Astara-Ələt magistralında intensiv hərəkətin olduğu müşahidə edilir.

Ekspertin sözlərinə görə, bu cür hərəkət ilk növbədə bəsit düşüncənin məhsuludur. Bu sürücü təkcə yol hərəkəti qaydalarını pozmur, həm də heyvana zülm edir.

Ev heyvanlarının daşınması şərtlərini pozduğuna görə sürücü 200 manat məbləğində cərimə edilməlidir. Cərimənin məbləği az olsa da, təhlükəsi olduqca böyükdür.

Ona görə də nəqliyyat vasitəsini idarə edərkən təhlükəli manverlərə yol vermək olmaz.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri